XeberPlus

Ən son xəbərlər

Maraqlı

Heyvanlar haqqında 12 maraqlı fakt

Heyvanlar aləmi hər gün yeni bir xüsusiyyəti ilə insanı təəccübləndirir. Bəzi heyvanların qeyri-adi yaddaşı, bəzilərinin maraqlı ünsiyyət üsulu, digərlərinin isə yaşadığı mühitə uyğunlaşmaq üçün sahib olduğu xüsusi qabiliyyətləri var. Onların gündəlik həyatına nəzər saldıqda, təbiətin nə qədər maraqlı və sirli olduğu bir daha görünür.

XeberPlus.com heyvanlar haqqında 10 maraqlı faktı təqdim edir:

1.Delfinlərin bir-birini tanımaq üçün xüsusi fit səsləri var. Bu səslər onların “adına” bənzəyir.

2.Fillər güclü yaddaşa sahibdir. Uzun illər əvvəl gördükləri fərdləri və keçdikləri yolları xatırlaya bilirlər.

3.Qarğalar sadə alətlərdən istifadə edə və insan simalarını yadda saxlaya bilirlər.

4.Zürafənin dili təxminən 45-50 santimetr uzunluğunda ola bilər. Bu, ağaclardan yarpaq toplamasını asanlaşdırır.

5.Arılar qidanın yerini digər arılara xüsusi hərəkətlərlə göstərirlər. Bu davranış “arı rəqsi” adlanır.

6.Dəniz ulduzlarının beyni yoxdur. Onların sinir sistemi bədən boyunca yayılıb.

7.Pişiklərin bığları sadəcə tüklər deyil. Onlar ətrafdakı məsafəni və hərəkətləri hiss etməyə kömək edir.

8.Yarasalar uçan yeganə məməlilərdir. Onların bir çox növü istiqaməti müəyyən etmək üçün əks-səda siqnallarından istifadə edir.

9.Keçilərin göz bəbəkləri üfüqi formada olur. Bu quruluş onlara ətrafı daha geniş görməyə kömək edir.

10.Mürəkkəb balığının üç ürəyi və mavi rəngli qanı olur. O, təhlükə zamanı rəngini və dərisinin naxışını da dəyişə bilir.

11.Qarışqalar oksigeni bədənlərinin yan tərəflərində yerləşən kiçik dəliklər vasitəsilə qəbul edir. Onlarda insanlardakı kimi ağciyər sistemi yoxdur.

12.Su samurları suda yatarkən bir-birindən uzaqlaşmamaq üçün bir-birinin pəncəsindən tuta bilirlər.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *