Avstraliyada tullantı suların yenidən istifadəsinə imkan verən yeni təmizləmə sistemi istifadəyə verilib. Yeni Cənubi Uels əyalətinin Dubbo şəhərində qurulan sistem kanalizasiya və müxtəlif sənaye mənbələrindən çıxan suları təmizləyərək yenidən istifadəyə hazırlayır.
Yeni texnologiya sudakı çətin parçalanan çirkləndiriciləri mövcud üsullarla müqayisədə təxminən 16 dəfə daha effektiv şəkildə aradan qaldıra bilir.
Layihənin əsas məqsədi su ehtiyatlarına qənaət etmək və təmizlənmiş tullantı suyunu tikinti kimi sahələrdə yenidən istifadə etməkdir. Sistem vasitəsilə əldə edilən suyun içməli məqsədlər üçün deyil, sənaye və tikinti işlərində istifadə olunması nəzərdə tutulur.
Mütəxəssislər hesab edir ki, bu cür texnologiyalar su qıtlığı ilə mübarizədə mühüm rol oynaya bilər. Xüsusilə quraqlıqla üzləşən bölgələrdə tullantı suların təkrar istifadəsi gələcəkdə su resurslarının qorunmasına kömək edə bilər.
Mənbə:sozcu.com







