XeberPlus

Ən son xəbərlər

Maraqlı

2026-cı ilin ən qorxulu filmi bəlli oldu

“Science of Scare” layihəsinin araşdırmaçıları 2026-cı ilin ən qorxulu filmini açıqlayıblar.

XeberPlus.com Axşam.az-a istinadla xəbər verir ki, siyahıya “Half Tone” filmi başçılıq edir.

Ekran işi tarixdə ən qorxulu ekran işlərinin yer aldığı reytinqdə 33-cü sırada qərarlaşıb. 2026-cı ildə ekranlaşdırılan “Obsession” filmi 35-ci, “Insidious 6: They Are Already Here” 41-ci, “Hokum” 43-cü, “Backrooms” isə 47-ci yerdə qərarlaşıb.

Ən qorxulu filmlər siyahısında liderlik dördüncü ildir ki, “Sinister”ə məxsusdur. İlk üçlükdə “Insidious: The Online” və “Skinamarink” filmləri yer alıb.

İlk onluğa “Insidious”, “The Conjuring”, “Hereditary”, “Smile 2”, “Smile”, “The Exorcism of Emily Rose” və “Talk to Me” adlı ekran işləri də daxil edilib.

Araşdırmaya əsasən, bu ekran filmlərə baxan tamaşaçılarda nəbz və ürək ritminin dəyişkənliyi göstəriciləri daha yüksək olur.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *