XeberPlus

Ən son xəbərlər

Ölkə

17 yaşlı qız toyuna günlər qalmış sığınacağa MÜRACİƏT ETDİ

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə 17 yaşlı qızla bağlı paylaşım edib.

Onun sözlərinə görə, sentyabrın 20-də qızın toyu olmalı idi. Ailə üzvləri cehiz almaq üçün Sədərək Ticarət Mərkəzinə gedərkən qız taksiyə minərək sığınacağa üz tutub.

Qız taksi sürücüsünə “Pulum yoxdur, məni Kəmalə xanımın sığınacağına aparın, ödənişi orada edəcəklər” deyib.

Kəmalə Ağazadə bildirib ki, sentyabrın 20-nə planlaşdırılan toy baş tutmayacaq.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *