XeberPlus

Ən son xəbərlər

Sosial

Bu gün 3 marşrutun hərəkət sxemi dəyişib

Bu gün Hövsan -Türkan avtomobil yolunda kanala yaxın ərazidə aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. 

XeberPlus.com xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məhdudiyyət səbəbindən 210, 215 və 218 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişiklik edilib. 

Qəbul edilən dəyişikliyə əsasən,

– 210 nömrəli marşrut Hövsan qəsəbəsi – Hövsan bağları; 
– 218 nömrəli marşrut metronun “Əhmədli” stansiyası – Hövsan bağları;
– 215 nömrəli marşrut Türkan qəsəbəsi – Türkan bağları – Hövsan bağları (məhdudiyyət tətbiq edilən ərazi) istiqamətində fəaliyyət göstərəcək.

Qeyd edək ki, marşrutların hərəkət sxemlərindəki dəyişiklik təmir işləri ilə əlaqədar tətbiq edilən məhdudiyyət müddətində qüvvədə olacaq.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *