Aparıcı Lalə Azərtaş geyim məsələsinə münasibət bildirib.
XeberPlus.com xəbər verir ki, aparıcı bu barədə sosial media hesabında paylaşım edib:
“Bu gün məktəbli forması ətrafında yaranan mübahisələri ürək ağrısı ilə izləyirəm. Mən hər kəsin inancına, dini etiqadına sonsuz və çox böyük hörmətlə yanaşıram. Amma məktəbin də öz nizamının, öz qaydalarının, öz simasının olmasını vacib sayıram.
Gəlin, inancı inanca, insanı insana qarşı qoymayaq! Bir-birimizin həssasiyyətinə hörmət edərək ortaq yol tapaq.
Unutmayaq, məktəb uşaqlarımızın ilk böyük həyat dərsidir. Qoy o dərsin adı qarşıdurma deyil, birlik, bərabərlik və qarşılıqlı hörmət olsun! Çünki uşaqlarımıza qoyacağımız ən gözəl miras təkcə təhsil deyil, bir-birinə hörmət etməyi bacaran cəmiyyətdir”.








