Bel ağrısı həm oturaq həm də fiziki işlə məşğul olan insanlarda tez-tez rastlaşılan sağlamlıq problemlərindən birirdir. Bu ağrı insanı ayaq üstə saxlayan onurğa sütununa birbaşa təsir edən ünsürlərdən birirdir.
XeberPlus.com bildirir ki, bu ağrı müxtəlif səbəblərdən dolayı ortaya çıxır. Məsələn ağır əşya qaldırmaq yaxud uzun müddət ayaq üstə durmaq və kompyuter qarşısında fasiləsiz oturmaqda bu ağrıya səbəb olan amillərdir.
Müxtəlif növ idman hərəkətləri və yüngül gəzinti ilə ağrını azaltmaq mümkündür.
Əgər ağrı ciddi travma nəticəsində yaranmayıbsa və əlavə təhlükəli əlamətlər müşahidə olunmursa, gündəlik hərəkəti tamamilə dayandırmaq əvəzinə mümkün qədər aktiv qalmaq faydalı ola bilər. Uzun müddət yataqda qalmaq bəzi hallarda sağalmanı ləngidə bilər. Gündəlik yüngül gəzintilər və ağrını artırmayan hərəkətlər belin hərəkətliliyinin qorunmasına kömək edə bilər.
Oturma vəziyyətinə də diqqət etmək lazımdır. Xüsusilə kompüter qarşısında işləyənlər uzun müddət eyni vəziyyətdə qalmamalı, müəyyən fasilələrlə ayağa qalxıb hərəkət etməlidirlər. Belin və ayaqların rahat vəziyyətdə olması, ekranın uyğun hündürlükdə yerləşdirilməsi də vacibdir.
Ağır əşya qaldırarkən də ehtiyatlı olmaq lazımdır. Yükü beldən əyilərək qaldırmaq əvəzinə dizləri bükmək və yükü bədənə yaxın saxlamaq bel əzələlərinə düşən gərginliyi azaltmağa kömək edə bilər.
Bel ağrısının səbəbi hər insanda eyni olmaya bilər. Buna görə də ağrıkəsici qəbul etmək, müxtəlif məlhəmlərdən istifadə etmək düzgün yanaşma deyil. Davamlı və təkrarlanan ağrılar zamanı səbəbi müəyyənləşdirmək üçün həkim müayinəsi vacibdir.
Belinizi qorumağın ən sadə yolu isə hərəkətli qalmaq, uzun müddət eyni vəziyyətdə oturmamaq, ağır yükləri düzgün qaldırmaq və bədəninizin verdiyi siqnallara laqeyd yanaşmamaqdır.







