Azərbaycanda keçiriləcək 15 yaşadək futbolçular arasında ilk dünya çempionatı və festivalı ilə əlaqədar ölkəyə gələcək xarici vətəndaşlar üçün viza prosedurları asanlaşdırılıb.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Yeni qaydalara əsasən, 2026-cı il sentyabrın 22-dən noyabrın 5-dək Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müəyyən sənədlər əsasında beynəlxalq hava limanlarında viza ala biləcəklər.
Viza üçün əsas sənədlər sırasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu və ya FIFA-nın qaydalarına uyğun akkreditasiyanı təsdiq edən sənəd göstərilir.
Qeyd edək ki, FIFA U-15 Dünya Kuboku və Festivalının Azərbaycanda keçirilməsi ölkəyə çoxsaylı xarici qonaqların gəlməsi gözlənilir.







