Minecraft kanalı üçün reklam vermək istəyən 9 yaşlı uşaq atasının şirkət kartından gizli şəkildə istifadə edərək 118 min dollar xərcləyib.
Hadisədən sonra ailə böyük maliyyə böhranı ilə üzləşib. Uşağın atası borcu ödəmək üçün hətta evlərini satmağı düşündüklərini açıqlayıb.
Məlumata görə, uşaq “MightyMikePlays67” adlı YouTube kanalını böyütmək üçün videolarına ödənişli reklamlar yerləşdirib. Lakin bu xərclər ailənin şirkət kredit kartından həyata keçirilib.
Ata bildirib ki, yaranan 118 min dollarlıq borcun qısa müddətdə ödənilməsi tələb olunur və hadisə onun iş həyatına da ciddi təsir edib.







