XeberPlus

Ən son xəbərlər

Texnologiya

ABŞ-də robotlar evləri təmizləməyə başladı – VIDEO

ABŞ-ın San-Fransisko şəhərində insanabənzər robotlar evlərin təmizlənməsi üçün istifadə olunmağa başlayıb.

XeberPlus.com xəbər verir ki, “Tau Robotics” adlı texnologiya şirkəti hazırladığı robotları yaşayış mənzillərinə göndərərək yeni təmizlik xidmətini sınaqdan keçirir.

Şirkətin əsas məqsədi gələcəkdə insanların köməyi olmadan ev işlərini yerinə yetirə bilən robotlar hazırlamaqdır. Hazırda isə robotlar tam müstəqil fəaliyyət göstərmir. Onların hərəkətləri baş və bilək hissələrinə yerləşdirilmiş kameralar vasitəsilə uzaqdan insan operatorlar tərəfindən idarə olunur.

Təxminən 1,37 metr hündürlüyündə olan robotlar xüsusi mexaniki əllərlə təchiz edilib. Onlar döşəməni təmizləmək, mətbəxdəki səthləri silmək, paltarları qatlamaq və digər gündəlik ev işlərini yerinə yetirmək üçün hazırlanıb. Şirkətin məlumatına görə, robotlar artıq bəzi işləri insan müdaxiləsi olmadan görə bilir.

İlk sınaq zamanı robot pilləkənləri qalxmaqda çətinlik çəkib.

İkinci sınaq isə daha uğurlu keçib. Robot bir saat ərzində mətbəxi təmizləyib, hətta sanitar qovşağında yuyub. Bununla belə, bəzi əşyaları aşırması və su kranlarını tam bağlamaması onun hələ də təkmilləşdirilməyə ehtiyacı olduğunu göstərib.

Şirkət hazırda iki robotla həftəlik təmizlik xidmətini 60 dollara, birdəfəlik xidməti isə 100 dollara təklif edir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *