Apple-ın qatlanan iPhone-u 32 min dəfədən çox sınaqdan keçirildi – Nəticə təəccübləndirdi
Apple-ın ilk qatlanan telefonu kimi təqdim edilən iPhone Duo maraqlı dözümlülük sınağından keçirilib. Xüsusi robot cihazı dörd gecə ərzində 32 min 640 dəfə açıb-bağlayıb.
XeberPlus.com xəbər verir ki, texnologiya jurnalisti Joanna Stern tərəfindən aparılan sınaq zamanı telefonun qatlanma mexanizmində heç bir ciddi problem və ya boşalma müşahidə edilməyib.
Məlumata görə, 7,6 düymlük daxili ekran günəş işığı altında əksolunmanı azaldan xüsusi örtüklə təchiz edilib. Lakin ekranın barmaq izlərini asanlıqla saxlaması və təmizlənməsinin çətin olması mənfi cəhətlər arasında göstərilib.
Telefon iki ədəd 48 meqapiksellik arxa kamera ilə təchiz olunub. Bununla belə, uzaq məsafədən çəkiliş üçün ayrıca kameranın və Face ID funksiyasının olmaması diqqət çəkib.
Qeyd edək ki, bunlar yayımlanan ilkin sınaq məlumatlarıdır və cihazın uzunmüddətli davamlılığı hələ qiymətləndirilməyib.








