XeberPlus

Ən son xəbərlər

Texnologiya

Avtomobili qaldıra bilən robot mühafizəçi təqdim edildi

Çinin Unitree Robotics şirkəti gücü və çevikliyi ilə diqqət çəkən yeni insanabənzər robotunu təqdim edib. H2-X adlı robot avtomobilin ön hissəsini qaldırmaq və müxtəlif döyüş hərəkətləri yerinə yetirmək qabiliyyəti ilə gündəmə gəlib.

XeberPlus.com xəbər verir ki, “Guardian” adı verilən robot mühafizəçi funksiyalarını nümayiş etdirmək məqsədilə hazırlanıb.

Yeni modelin əsas diqqətçəkən xüsusiyyətləri fiziki gücü, çevikliyi və mürəkkəb hərəkətləri yerinə yetirməsidir. Şirkətin nümayiş etdirdiyi sınaqlarda robotun avtomobilin ön hissəsini qaldırması xüsusilə maraq doğurub.

Bununla belə, H2-X-in bütün hərəkətləri müstəqil şəkildə yerinə yetirib-yetirmədiyi hələ məlum deyil. Robotun real təhlükələri özü müəyyənləşdirərək insan müdaxiləsi olmadan mühafizə funksiyasını yerinə yetirmək qabiliyyəti də təsdiqlənməyib.

Yeni model robot texnologiyalarının gələcəkdə təhlükəsizlik və mühafizə sahəsində istifadəsi baxımından maraqlı yenilik kimi qiymətləndirilir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *