XeberPlus

Ən son xəbərlər

Texnologiya

Amazon süni intellekt üçün 12 nüvə reaktoru tikir

“Amazon” şirkəti süni intellekt sistemlərinin artan enerji tələbatını qarşılamaq üçün ABŞ-də 12 nüvə reaktoru tikməyi planlaşdırır. Yeni stansiyanın 960 meqavata qədər elektrik enerjisi istehsal etməsi nəzərdə tutulur.

XeberPlus.com xəbər verir ki, layihə İndiana ştatında həyata keçiriləcək. “Amazon” bu məqsədlə “X-energy” və “American Electric Power” şirkətləri ilə razılaşma imzalayıb.

Stansiyada hər biri 80 meqavat gücündə olan 12 kiçik modul reaktorun quraşdırılması planlaşdırılır. Yeni nəsil reaktorların fərqli soyutma sistemləri ilə işləməsi və su sərfiyyatının azaldılmasına imkan verməsi gözlənilir.

Lakin layihənin həyata keçirilməsi üçün reaktorların hazırlanması və lazımi icazələrin alınması prosesi hələ tamamlanmalıdır.

Süni intellekt sistemlərinin işləməsi üçün böyük enerji tələb olunduğundan, “Amazon” nüvə enerjisinə yatırımlarını artırır. Şirkət 2039-cu ilədək ABŞ-də 5 giqavatdan çox yeni nüvə enerjisi gücü yaratmağı hədəfləyir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *