Tesla yeni nəsil Roadster modelini təqdim edərək avtomobil dünyasında böyük maraq yaradıb. Elon Maskın rəhbərlik etdiyi şirkətin nümayişində avtomobil xüsusi rampada tərsinə hərəkət edib, havaya qalxaraq fırlanıb və təhlükəsiz şəkildə yerə enib.
XeberPlus.com xəbər verir ki, yeni Roadster Tesla və SpaceX mühəndislərinin birgə hazırladığı texnologiyalardan istifadə edir. Avtomobilin alt hissəsindəki xüsusi sorucu sistem ona səthə yapışmağa, soyuq qaz itələyiciləri isə havada manevrlər etməyə imkan verir.
Təqdimatda avtomobilin digər nəqliyyat vasitələrinin üzərindən tullanması da nümayiş etdirilib. Şirkət həmçinin modelin saatda 100 kilometr sürətə bir saniyədən az müddətdə çata biləcəyini iddia edir.
Bəs bu texnologiyanın real faydası nədir? Avtomobilin havada fırlanması və maneələrin üzərindən tullanması gündəlik sürücülük üçün ciddi üstünlük yaratmır. Layihə daha çox Tesla-nın mühəndislik imkanlarını nümayiş etdirmək və yüksək performanslı avtomobillərin sərhədlərini genişləndirmək məqsədi daşıyır.
Tesla yeni Roadster-in istehsalına 2028-ci ildə başlamağı planlaşdırır. Bununla belə, nümayiş etdirilən bütün imkanların seriya istehsalı avtomobillərdə hansı formada təqdim ediləcəyi hələ tam aydın deyil.










