XeberPlus

Ən son xəbərlər

Maraqlı

Fransada zibil qutusunun yanında “Rolex” saatı tapıldı

Fransada kütləvi etirazlar və talan hadisələri zamanı çəkildiyi bildirilən görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Kadrlarda zibil qutusunun yanında qutusu ilə birlikdə “Rolex” markalı qol saatının olduğu görünür.

XeberPlus.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə saatın qablaşdırması ilə birlikdə olduğu diqqət çəkir. Yeni olduğu iddia edilən saatın nə üçün həmin ərazidə qoyulduğu isə məlum deyil.

Bununla belə, görüntülərdəki saatın həqiqi “Rolex” olub-olmadığı, eləcə də hər hansı mağazadan talan edilib-edilmədiyi barədə təsdiqlənmiş məlumat yoxdur. Buna görə də hadisənin təfərrüatları hələlik dəqiqləşdirilməyib.

Qeyd edək ki, Fransada oktyabrın 17-də yaşayış xərclərinin artması və təhsil sistemindəki problemlərə etiraz olaraq keçirilən nümayişlər bir sıra şəhərlərdə zorakılıq və talan hadisələri ilə müşayiət olunub. Paris, Marsel, Lion və Bordo şəhərlərində mağazalara və ictimai binalara ziyan vurulduğu, bəzi avtomobillərin yandırıldığı bildirilir.

Hadisələr zamanı “Rolex”, “Louis Vuitton” və “Hermès” kimi lüks markaların mağazalarının da talanların hədəfinə çevrildiyi qeyd olunur. Fransada baş verən iğtişaşlarla əlaqədar 2 400-dən çox şəxsin saxlanıldığı bildirilib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *