XeberPlus

Ən son xəbərlər

Maraqlı

2026-cı ilin payız makiyaj trendi

2026-cı ilin payız makiyaj trendində sadə və təbii görünüş, həm də daha cəsarətli rənglər diqqət çəkir.

XeberPlus.com xəbər verir ki, yayda edilən makiyaj payızda da trend olmaqda davam edəcək. Bu ilin seçilən makiyajlarında isə yumşaq tonlar və parlaqlıq ön planda olacaq. Gözləri daha ön planda etmək üçün rəngli göz kölgələri aktual olaraq qalacaq.

Həmçinin, tonal kremdə daha qatı rənglər əvəzinə dəri tonuna uyğun teksturaya üstünlük veriləcək. Parlaq makiyajı sevməyənlər üçün məxməri dəri görünüşü də payızın diqqətçəkən seçimlərindəndir. Belə olduqda dəri nə parlaq, nədə solğun görünəcək.

Göz makiyaj üçün bənövşəyi, tünd gavalı və adaçayı yaşılı kimi rənglər daha cəsarətli görünüş yaratmaq istəyənlər üçün uyğundur. Bu mövsüm göz kölgəsinin tam dəqiq və sərt xətlərlə çəkilməsi əsas məqsəd deyil. Əksinə, rənglərin göz ətrafında yumşaq şəkildə yayılması daha təbii və rahat görünüş yaradır.

Parlaq və baxımlı dodaqlar trend olaraq qalmaqda davam edəcək. Dodaq balmları və maskarından istifadə edərək dodaqların təbii parlaq qalmasına kömək etmək olar.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *