XeberPlus

Ən son xəbərlər

Maraqlı

Tarixin 23 Sentyabrı

Bu gün-23 sentyabr tarix boyu yadda qalan mühüm hadisələri ilə diqqət çəkir.

XeberPlus.com xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.

23 sentyabrda baş verənlər:

1932-ci il – Səudiyyə Ərəbistanı Krallığının yaradılması elan edilib. Bu tarix hazırda ölkənin Milli Günü kimi qeyd olunur.

2002-ci il – Azərbaycan və Rusiya arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsinə dair saziş imzalanıb. Sənəd Heydər Əliyev və Vladimir Putin tərəfindən imzalanıb.

23 sentyabrda doğulanlar:

1914-cü il – Akademik, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru Validə Tutayuq, 1935-ci ildə rejissor Ziyafət Abbasov, 1957-ci ildə Əməkdar artist Etibar Qasımbəyli, 1969-cu ildə şair-publisist, 20 Yanvar şəhidi Ülvi Bünyadzadə anadan olub.

Həmçinin, 1930-cu il – Dünya şöhrətli amerikalı müğənni, pianoçu və bəstəkar Rey Çarlz, 1959-cu il – “Seinfeld” serialındakı Corc Kostanza obrazı ilə tanınan aktyor Ceyson Aleksandr, 1978-ci il – “Marvel” filmlərində Sem Uilson/Falcon obrazını canlandıran aktyor Entoni Maki doğulub.

23 sentyabrda vəfat edənlər:

1970-ci ildə görkəmli yazıçı-dramaturq və ssenarist, “Toy”, “Nişanlı qız”, “Əliqulu evlənir” kimi əsərlərin, “O olmasın, bu olsun”, “Əhməd haradadır?”, “Ulduz” filmlərinin ssenari müəllifi Sabit Rəhman, 2013- cü ildə Əməkdar artist, teatr və kino aktyoru Muxtar İbadov, 2014-cü il – yazıçı, tərcüməçi, Əməkdar mədəniyyət işçisi, “Haradasan, dost, harada”, “Adamlar və talelər” kimi əsərlərin müəllifi Ələviyyə Babayeva, 2023-cü ildə Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü, səs operatoru və səs rejissoru Əsəd Əsədov vəfat edib.

Həmçinin, 1981 – kanadalı aktyor və yazıçı Şef Den Corc, 2018 – Honkonq əsilli fizik və mühəndis, fiber-optik rabitənin inkişafına verdiyi töhfələrə görə Nobel Fizika mükafatı laureatı Çarlz Kuen Kao dünyasını dəyişib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *