Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.
XeberPlus.com APA-ya istinadla bildirir ki, hadisə gecə saatlarında şəhər ərazisində qeydə alınıb.
Belə ki, 27 yaşlı Elgün Rzayev kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya müraciət edib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.








