XeberPlus

Ən son xəbərlər

Maraqlı

Tarixin 11 Sentyabrı

Bu dəfə tarix təqvimində 11 sentyabrın yadda qalan məqamlarına nəzər salırıq.

XeberPlus.com bildirir ki, 11 Sentyabr tarixdə bir sıra mühim hadisələrlə yadda qalıb.

2006 – ci ildə Prezident İlham Əliyev İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu ilə görüşüb. İhsanoğlu həmçinin Qafqaz Müsəlmanları Ruhani İdarəsinin “Şeyxülislam” ordeni ilə təltif olunub.

11 Sentyabr doğulanlar:

1913 – ci ildə kinorejissor, operator, Xalq artisti Muxtar Dadaşov, 2001– ci ildə Vətən müharibəsi Şəhidi Cəbrayıl Dövlətzadə doğulub.

Həmçinin 1885 – ci ildə məşhur ingilis yazıçısı D. H. Lourens, 1940 – ci ildə amerikalı kinorejissor Brayan De Palma, 1977 – ci ildə amerikalı repçi və aktyor Ludacris dünyaya gəlib.

11 sentyabrda vəfat edənlər:

1914 – ci ildə görkəmli türk maarifçisi, naşir və mütəfəkkir İsmayıl Qaspıralı, 2001 – ci ildə Xalq artisti, Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru Məmməd Quliyev , 2019 -cu ildə bəstəkar-müğənni Behbud Kərimov, 1987 – ci ildə Yamaykalı məşhur müğənni və musiqiçi Piter Toş, 2003 – ci ildə amerikalı aktyor Con Ritter vəfat edib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *