Türkiyənin məşhur aktrisası Biran Damla Yılmaza Almaniyada 6 aylıq həbs cəzası verilib.
XeberPlus.com xəbər verir ki, akrisanın botoks, lazer və dolğu prosedurlarının qiyməti 285 min avroya (550 min manat) çatıb.
Məlumata görə, Yılmazın keçmiş sevgilisi Abdurrahman Aydın bu prosedurların ödənişi ilə bağlı zamin olub. Lakin ödənişin edilməməsi səbəbilə hüquqi proses başladılıb. Nəticə də Biran Damla Yılmaz haqqında Almaniyada 6 ay müddətinə həbs cəzası verilib.








