Bu gün – 15 sentyabr tarix boyu yadda qalan mühüm hadisələri ilə diqqət çəkir.
XeberPlus.com xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.
15 sentyabrda baş verənlər:
1918-ci ildə Qafqaz İslam Ordusu, Azərbaycan Milli Ordusu və könüllülərin iştirakı ilə Bakı azad edilib.
2018-ci ildə Bakının azad edilməsinin 100 illiyi münasibətilə Azadlıq meydanında böyük hərbi parad keçirildi. Paradı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan izləyiblər.
2020-ci ildə Bakının azad edilməsinin 102-ci ildönümü münasibətilə İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib.
15 sentyabrda doğulanlar:
1905 – ci ildə aktyor, rejissor, kukla teatrının yaradıcılarından biri Molla Ağa Bəbirli, 1943 – ci ildə Xalq artisti, rejissor və ssenarist Xamis Muradov, 1959 – ci ildə Xalq artisti, tanınmış estrada müğənnisi Brilliant Dadaşova, 1981 –ci ildə Azərbaycan aktrisası, Musiqili Teatrın sənətçilərindən biri Ülviyyə Əliyeva, 1983 – ci ildə Azərbaycan dövlət xadimi, 2023-cü ildən kənd təsərrüfatı naziri Məcnun Məmmədov doğulub.
Həmçinin, 1857-ci ildə ABŞ-ın 27-ci prezidenti Uilyam Hovard Taft, 1907 – ci ildə King Kong” filmi ilə tanınan kanadalı-amerikalı aktrisa Fey Rey, 1961 – ci ildə əfsanəvi amerikalı futbolçu Den Marino, 1972 – ci ildə İspaniyanın kraliçası Kraliça Letisiya, 1984 – ci ildə Böyük Britaniya kral ailəsinin üzvü Şahzadə Harri dünyaya gəlib.
15 sentyabrda vəfat edənlər:
2006-cı ildə Xalq artisti, görkəmli bəstəkar, professor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Vasif Adıgözəlov, 2007-ci ildə Xalq rəssamı, tanınmış kino rəssamı,“Telefonçu qız”, “Arşın mal alan”, “Gün keçdi” və “Arxadan vurulan zərbə” kimi filmlərin rəssamı olan Elbəy Rzaquliyev, 2021-ci ildə Əməkdar artist, tanınmış arfa ifaçısı Çiçək Rzayeva, 2022-ci ildə Əməkdar elm xadimi, nizamişünas, tərcüməçi, mətnşünas, filologiya elmləri doktoru Xəlil Yusifli və həmin ildə Əməkdar mədəniyyət işçisi, musiqi təşkilatçısı İldırım Qasımov dünyasını dəyişib.
H,əmçinin, 1973-cü ildə İsveç kralı VI Qustav Adolf, 1980-ci ildə dünya şöhrətli amerikalı caz pianoçusu və bəstəkar Bill Evans, 2019-cu ildə “The Cars” rok qrupunun solisti və bəstəkarı Rik Ocasek , 2024-cü ildə “The Jackson 5” qrupunun üzvü və Maykl Ceksonun qardaşı Tito Cekson vəfat edib.







