Pərilərin yaşadığı qala – “Pəri qalası”
Azərbaycanın ən maraqlı tarixi abidələrindən olan Pəri qalası öz keçmiş əfsanələrilə seçilir. Qala öz əzəməti Azərbaycanın ən gözəl güşələrindən olan Zaqatalanın Yuxarı Çardaqlar kəndində yerləşir. Qalaya çıxmaq üçün sadəcə bir yol var. Qalanın dəqiq tikilmə tarixi isə məlum deyil. Lakin tikilmə üslubuna görə Qafqaz Albaniyası dövrünə aid olduğu güman edilir. Qala divarlarının çapılaraq inşa edildiyi güman edilir.
Qala haqqında müxtəlif inanclar var. Bu inanclar əsrlərdir ki, insanların yaddaşına həkk olunub. Ən çox danışılan isə qalanın adı ilə bağlı olan rəvayətlərdir. Rəvayətə görə, qalanın yerləşdiyi ərazi də pərilərin yaşayır. Digər ən məşhur əfsanəyə görə isə Teymurləng 14-cü əsrin axırlarında bu əraziyə hücum edəndə ona qalanın alınmaz olması haqqında məlumat verirlər. Qalaya isə Pəri adlı qızın başçılıq etdiyi bildirilib. Bu zaman Teymurləng qalanın hücumuna şəxsən özünün rəhbərlik edəcəyini və həmin qadını da özünün xanımı edəcəyini elan edir. Qalaya hücum zamanı Pəri ələ keçəcəyini gördükdə özünü qayadan atır. Elə o zamandan bəri qəsr Pəri qalası adı ilə tanınır. Qalanın əlçatmaz yerdə inşası onun müdafiə məqsədi daşımasıyla bağlı olub. Bu gün Pəri Qalası təkcə tarixi abidə deyil, həm də Azərbaycanın zəngin mədəni irsini və xalq yaradıcılığını yaşadan məkanlardan biridir.




