XeberPlus

Ən son xəbərlər

Sağlamlıq

Bal yeməyin zərəri varmı? – Mütəxəssislərdən xəbərdarlıq

Bal faydalı qida kimi tanınsa da, onun həddindən artıq istehlakı bəzi hallarda sağlamlığa mənfi təsir göstərə bilər. Tərkibində təbii şəkər çox olduğundan balın normadan artıq yeyilməsi qan şəkərinin yüksəlməsinə və əlavə kalori qəbuluna səbəb ola bilər.

XeberPlus.com xəbər verir ki, həddindən artıq bal yemək qan şəkərinin yüksəlməsinə, çəki artımına və dişlərdə kariyes riskinin artmasına səbəb ola bilər. Xüsusilə şəkərli diabeti olan şəxslər baldan istifadə edərkən miqdarına diqqət etməlidirlər.

Bundan başqa, 1 yaşdan kiçik uşaqlara bal vermək olmaz, çünki botulizm riski yarada bilər.

Bu səbəbdən balı faydalı qida hesab edərək həddindən artıq yemək əvəzinə, miqdarına diqqət etmək tövsiyə olunur.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *