XeberPlus

Ən son xəbərlər

Texnologiya

Dünyanın ilk uçan avtomobili 592 min 890 manata SATILACAQ

Avropa İttifaqı Hollandiyanın Pal-V şirkətinə dünyanın ilk satış məqsədli uçan avtomobilinin istehsalına başlamaq üçün icazə verib.

Şirkət Avropa Aviasiya Təhlükəsizliyi Agentliyindən (EASA) aldığı təsdiqdən sonra ilk avtomobilləri 2028-ci ildə satışa çıxarmağı planlaşdırır. Artıq bu nəqliyyat vasitələrindən ilk 250 ədədinin satıldığı açıqlanıb.

Pal-V-nin hazırladığı avtomobil həm yolda hərəkət edə, həm də havaya qalxa bilir. Lakin istehsaldan sonra onun uçuş həyata keçirməsi üçün əlavə uçuş sertifikatı tələb olunacaq.

Üç təkərli olan bu xüsusi nəqliyyat vasitəsi qatlanan rotor sistemi ilə təchiz edilib. Avtomobili idarə etmək üçün həm sürücülük vəsiqəsi, həm də uçuş sertifikatı lazım olacaq.

Şirkət rəhbəri Robert Dingemanse bildirib ki, 20 illik inkişaf prosesindən sonra uçan avtomobil layihəsi artıq reallığa çevrilmək üzrədir.

Pal-V-nin məlumatına görə, avtomobil yolda saatda 160 kilometr, havada isə təxminən 180 kilometr sürətə çata bilir. Qurğu havada 500 kilometr məsafə qət edə və 4 saatdan çox uçuş edə bilər.

Adi hava taksilərindən fərqli olaraq bu avtomobil şaquli şəkildə havaya qalxa bilmir. Uçuş üçün xüsusi uçuş zolağına ehtiyac duyur.

Təxminən 300 min avro (592 890 manat) qiymətə satılacaq uçan avtomobillərin ilk mərhələdə xilasetmə xidmətləri, fövqəladə hallar və uzaq bölgələrə yardım məqsədilə istifadəsi planlaşdırılır.

Uçan avtomobil bazarında Hollandiya ilə yanaşı ABŞ, Çin və Slovakiya şirkətləri də rəqabət aparır. Mütəxəssislər hesab edir ki, AB-nin verdiyi istehsal icazəsi Pal-V şirkətinə bu yarışda mühüm üstünlük verə bilər.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *