XeberPlus

Ən son xəbərlər

Ölkə

Gəncədə zibil poliqonunda döl tapıldı, araşdırma aparılır

Gəncə şəhərinin Cavad Xan qəsəbəsində yerləşən zibil poliqonunda körpə meyiti tapılıb.

XeberPlus.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, 19 avqust 2026-cı il tarixdə Gəncə şəhər Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda ölü dölün aşkar edilməsi faktı üzrə Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və aşkar edilmiş ölü dölə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin olunub, habelə hadisənin hallarının müəyyənləşdirilməsi məqsədilə digər zəruri prosessual hərəkətlər icra edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcəkdir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *