XeberPlus

Ən son xəbərlər

Ölkə

DİN, Baş Prokurorluq və ANAMA Xocavənddə mina partlayışı ilə bağlı məlumat yaydılar

İşğaldan azad edilmiş Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində avqustun 7-də mina partlayışı hadisəsi baş verib.

Bildirilib ki, Qazax rayon sakini, 1961-ci il təvəllüdlü Elçin Telman oğlu Abbasovun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi buldozer minaya düşüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi barədə xəbərdarlıq nişanlarına diqqət yetirməyə, şübhəli əşyalara toxunmamağa, tanımadıqları ərazilərə daxil olmamağa və çəpərləmə işləri aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *