XeberPlus

Ən son xəbərlər

Hadisə

İnfluencer olmaq istədi, evini yandırdı

ABŞ-də sosial mediada məşhur olmaq istəyən 26 yaşlı qadının etdiyi hərəkətlər böyük reaksiya doğurub.

Meliza Campos-Sanchez adlı iki uşaq anasının sosial media hesabında paylaşdığı videolar polis araşdırmasına səbəb olub. Videolarda qadının mətbəxində qəsdən yanğın çıxardığı və uşaqlarına təhlükəli şəkildə isti şam tökdüyü görüntülənib.

Hadisə Mayamidə baş verib. Görüntülərdə qadının üzündə maska ilə rəqs etdiyi, daha sonra yerə atılan əşyaların üzərinə yanıcı maye tökərək böyük alov yaratdığı görünür. Yanğın böyüyərkən həmin anları çəkərək izləyiciləri ilə paylaşdığı bildirilib.

Araşdırma zamanı onun sosial media hesabında uşaqlarına isti şam tökdüyü başqa videolar da aşkarlanıb. Paylaşımlar böyük etirazlara səbəb olduqdan sonra polis qadını məsuliyyətə cəlb edib.

Mütəxəssislər bildirirlər ki, sosial mediada izlənmə və bəyənmə qazanmaq naminə təhlükəli hərəkətlər etmək həm şəxsin, həm də ətrafındakı insanların həyatı üçün ciddi risk yaradır.

Mənbə: abcgazetesi

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *