XeberPlus

Ən son xəbərlər

Day: September 28, 2026

Ölkə

Akif Aşırlının anası vəfat etdi

“Şərq” qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə heyətinin üzvü Akif Aşırlının anası Cəmilə xanım dünyasını dəyişib. XeberPlus.com xəbər verir ki, mərhum sabah Qazax rayonunun Daş Salahlı kəndində dəfn olunacaq. Allah rəhmət eləsin.

Sosial

Naxçıvana uçuşlar təxirə salındı

Azərbaycan Hava Yollarının (AZAL) 28 sentyabr 2026-cı il tarixinə planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. AZAL-dan XeberPlus.com-a verilən məlumata görə, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı operativ şəkildə…

Ölkə

Bəxtiyar Əsgərov işdən çıxarıldı

Bəxtiyar Hüseynalı oğlu Əsgərov Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib. XeberPlus.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov 28 sentyabr 2026-cı il tarixli sərəncam imzalayıb.

Ölkə

30 mindən çox şəhid ailəsi üzvü və müharibə iştirakçısının məşğulluğuna dəstək göstərilib

Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30700 şəxsin məşğulluğuna dəstək göstərib. XeberPlus.com-a bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, onlardan…

Siyasət

İnvestisiya Holdinqinin idarəetməsindəki dövlət şirkətlərinin siyahısı dəyişdirildi

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısına dəyişiklik edilib. XeberPlus.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti və “Azərbaycan alüminiumu”…

Təhsil

“Əzbərçilik şagirdi əmək bazarına hazırlamır” – Ekspertdən AÇIQLAMA

Təhsildə məlumatı yadda saxlamaq vacib olsa da, öyrənmənin yalnız əzbərləmə üzərində qurulması şagirdin biliyə yanaşmasını dəyişə bilər. Mövzunu anlamaq və əlaqələndirmək əvəzinə hazır məlumatı yadda saxlamağa üstünlük verildikdə, biliklər real həyatda tətbiq olunmayan nəzəri məlumatlara çevrilə bilər. Bu yanaşma həm…

Dünya

Ukraynada iş mərkəzinə hücumda bina ağır zərər gördü

Ukraynanın Dnipro şəhərinə edilən hücum nəticəsində yaşayış ərazisində yerləşən iş mərkəzinə ciddi ziyan dəyib. Hadisə zamanı binada insanların olduğu bildirilib. XeberPlus.com xəbər verir ki, hücumdan sonra əraziyə xilasetmə və təcili yardım qrupları cəlb olunub. Məlumata görə, hücum nəticəsində iş mərkəzi…

Sosial

Sabah güclü külək əsəcək

Sentyabrın 29-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edilib. XeberPlus.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bir sıra rayonlarda şərq küləyi əsəcək. Xəbərdarlığa əsasən, Goranboy, Naftalan, Daşkəsən, Quba, Qusar, Xızı, Xaçmaz, Şabran, Siyəzən,…

Dünya

Karbon qazı rekord həddə çatdı

Alimlər Yer kürəsinin ekoloji vəziyyəti ilə bağlı ciddi xəbərdarlıq edib. Araşdırmaya görə, planetin yaşamaq üçün təhlükəsiz qalmasını təmin edən 9 əsas ekoloji sərhəddən 7-si artıq keçilib. XeberPlus.com xəbər verir ki, Almaniyanın Potsdam İqlim Təsirləri Araşdırma İnstitutunun hesabatında Yer sistemlərinə insan…

Maraqlı

Geriyə doğru hərəkət edən planet kəşf edildi

Alimlər planet sistemlərinin necə formalaşması ilə bağlı mövcud təsəvvürləri dəyişə biləcək qeyri-adi bir kəşfə imza atıblar. İlk dəfə olaraq bir planetin öz ulduzunun fırlanma istiqamətinin əksinə hərəkət etdiyi müəyyən edilib. XeberPlus.com xəbər verir ki, Böyük Britaniyanın Queen Mary Universitetinin alimləri…

Digər

Teslada həftədə yüzlərlə Optimus robot hazırlanır

Tesla şirkəti insansı robot modeli Optimusun istehsal gücünü artırmağa başlayıb. Şirkətin robot istehsalında yeni mərhələyə keçdiyi və həftədə yüzlərlə robot hazırlaya bildiyi bildirilir. XeberPlus.com xəbər verir ki, The Information nəşrinin məlumatına görə, Tesla ilin sonuna qədər həftədə 1000-dən çox robot…

Dünya

Tələbələr universiteti yandırdı

Hindistanın Pəncab ştatında yerləşən Lovely Professional Universitetində bir tələbənin cinsi zorakılığa məruz qalması ilə bağlı yayılan iddialar böyük etirazlara səbəb olub. Minlərlə tələbə aksiyalara qoşulub, hadisələr zamanı bəzi binalara və nəqliyyat vasitələrinə ziyan dəyib. XeberPlus.com xəbər verir ki, hadisədən sonra…