Smartfon batareyasının tez zəifləməsinin qarşısını almaq üçün kiçik dəyişikliklər böyük fərq yarada bilər. Mütəxəssislər bildirirlər ki, telefonun batareyasını daim 0 faizə qədər boşaltmaq və uzun müddət 100 faizdə saxlamaq batareyaların daha tez köhnəlməsinə səbəb ola bilər.
XeberPlus.com bildirir ki, effektiv üsullardan biri enerji həddini məhdudlaşdırmaqdır. Yeni iPhone modellərində və bəzi Android cihazlarında batareyanın maksimum dolum səviyyəsini 80 faiz ətrafında saxlamaq funksiyası mövcuddur. Bu üsul xüsusilə gün ərzində kifayət qədər enerji qalan istifadəçilər üçün batareyanın ömrünü uzada bilər.
Mütəxəssislər telefonu adətən 20-80 faiz aralığında saxlamağın batareyanı qorumağa kömək etdiyini bildirirlər. Lakin bu, sərt qayda deyil uzun günlərdə və ya enerji mənbəyi olmayanda telefonu 100 faizə qədər doldurmaq problem yaratmır.
Batareyanın sürətlə azalmasının başqa səbəblərindən biri də arxa planda işləyən tətbiqlərdir. İstifadə edilməyən proqramlar məlumat yeniləməsi, internet bağlantısı və yerləşmə xidməti vasitəsilə enerjini səssiz şəkildə sərf edə bilər.
Batareyanı qorumaq üçün:
1.Arxa planda çox enerji istifadə edən tətbiqləri yoxlayın
2.Lazımsız proqramların yerləşmə icazəsini məhdudlaşdırın
3.Telefonu həddindən artıq istidən qoruyun
4.Uzun müddət 100 faiz dolu vəziyyətdə saxlamaqdan çəkinin.







