XeberPlus

Ən son xəbərlər

Texnologiya

Sürücüsüz avtomobillərdə yeni işıq siqnalı olacaq

ABŞ-də sürücüsüz hərəkət edən avtomobilləri digər nəqliyyat vasitələrindən fərqləndirmək üçün xüsusi firuzəyi rəngli işıqların tətbiqi təklif olunur.

XeberPlus.com xəbər verir ki, ABŞ Milli Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi İdarəsi bununla bağlı yeni qaydalar layihəsi hazırlayıb.

Təklifə əsasən, firuzəyi işıqlar avtomobilin insan müdaxiləsi olmadan, tamamilə avtomatik idarəetmə sistemi ilə hərəkət etdiyini göstərəcək. Bu, digər sürücülərin, piyadaların və yol polisi əməkdaşlarının sürücüsüz avtomobilləri asanlıqla tanımasına imkan verəcək.

Yeni işıqların avtomobilin ön, arxa və yan hissələrində yerləşdirilməsi nəzərdə tutulur. Ümumilikdə hər nəqliyyat vasitəsində dörddən səkkizədək belə işıq quraşdırıla bilər.

Avtomatik idarəetmə sistemi işə düşdükdə firuzəyi işıqlar yanacaq, idarəetmə yenidən sürücüyə keçdikdə isə avtomatik sönəcək.

Bununla belə, həmin işıqlar avtomobillərə yolda hər hansı üstünlük verməyəcək. Sürücüsüz nəqliyyat vasitələri də mövcud yol hərəkəti qaydalarına əməl etməli olacaq.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *