Samsung bəzi Galaxy modellərinin qutu tərkibində dəyişiklik edib.
XeberPlus.com xəbər verir ki, Şirkət Galaxy A07s və Galaxy A08 modellərində USB-C şarj kabelini də qutudan çıxarmağa başlayıb.
Yeni tətbiqə əsasən, bu telefonları alan istifadəçilər artıq cihazı şarj etmək üçün həm uyğun adapteri, həm də USB-C kabelini ayrıca əldə etməli olacaqlar.
Samsung daha əvvəl də bəzi modellərdə şarj adapterini qutudan çıxarmışdı. İndi isə kabelin də təqdim edilməməsi ilə birlikdə telefon qutularının tərkibi daha da azaldılır.
Şirkət bu addımı əsasən istehsal xərclərinin azaldılması və elektron tullantıların aşağı salınması kimi səbəblərlə əsaslandıran yanaşmadan istifadə edir. Lakin bəzi istifadəçilər bu qərarın əlavə xərc yaratdığını bildirir.
Yeni dəyişiklik hazırda Galaxy A07s və Galaxy A08 modellərinə aiddir. Gələcəkdə bu yanaşmanın digər Samsung modellərinə də tətbiq edil edib-edilməyəcəyi hələ məlum deyil.







