Bu gün saat 14:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şəki rayonu, “Şəki Yaylası” istirahət mərkəzindən çağırış qeydə alınıb.
XeberPlus.com xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Ünvana təcili tibbi yardım əməkdaşları cəlb edilib. Yardım briqadası tərəfindən 2 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
Hadisə Şəkinin Baş Kəldək kəndində istirahət mərkəzində baş verib. Vəfat edənlərin Qax rayon sakini 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.







