XeberPlus

Ən son xəbərlər

Hadisə

Qaraməryəm-İsmayıllı-Şəki yolunda avtomobil aşıb, sərnişin həyatını itirib

Sentyabrın 12-də saat 22:30 radələrində Qəbələ rayon sakini İlkin Abdullazadə idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsilə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirərək aşıb.

XeberPlus.com-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, yol kənarına düşən avtomobildə yanğın baş verib.

Qəza nəticəsində avtomobildə olan sərnişin – sürücünün həyat yoldaşı Münəvvər Abdullazadə hadisə yerində həyatını itirib.

Əraziyə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *