Pakistanın Hayber Paxtunxva əyalətinin Kohat bölgəsində polis mərkəzinin yaxınlığındakı məsciddə cümə namazı zamanı bombalı partlayış baş verib.
Hadisə nəticəsində azı 15 nəfər həyatını itirib, 50-dən çox insan yaralanıb. Yaralılar arasında polis əməkdaşlarının da olduğu bildirilib.
Partlayış məscidin yaxınlığında baş verib. Hücumdan sonra ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Xilasetmə qrupları məscidin xarici hissəsində ciddi dağıntıların yarandığını, divarlardan birinin çökdüyünü açıqlayıb.
Hadisə ilə bağlı araşdırma davam edir. Hücuma görə məsuliyyəti hələlik heç bir qrup üzərinə götürməyib.







