XeberPlus

Ən son xəbərlər

İqtisadiyyat

Qızıla yatırım edənlərə xəbərdarlıq – Ekspert AÇIQLADI

İnvestisiya etmək və gələcək üçün maliyyə ehtiyatı yaratmaq istəyən şəxslər vəsaitlərini daha etibarlı şəkildə qorumağın yollarını axtarırlar. Bu baxımdan qızıl uzunmüddətli yatırım vasitəsi kimi diqqət çəkir. Digər tərəfdən, pulun nağd saxlanılması da istənilən vaxt ondan istifadə etmək imkanı yaradır. Hər iki seçimin öz üstünlükləri və riskləri var. Düzgün qərar vermək üçün bazardakı qiymət dəyişikliklərini, inflyasiyanı və şəxsi maliyyə məqsədlərini nəzərə almaq vacibdir.

Bəs investisiya etmək istəyən şəxslər vəsaitlərini qızıla yönəltməli, yoxsa gələcəkdə daha çox qazanc əldə etmək üçün pullarını nağd şəkildə saxlamağa üstünlük verməlidirlər?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli XeberPlus.com-a açıqlamasında bildirib ki, qızıla yatırım etmək hər zaman yaxşı nəticə vermir:

“Qızıl da digər yatırım vasitələri kimi risk daşıyır. Qızıla yatırılan vəsaitin mütləq gəlir gətirəcəyinə zəmanət yoxdur. Hətta ilin əvvəlində qızıla yatırım edən şəxslər təxminən beş faizə qədər zərərlə üzləşə bilərdilər. Bununla belə, gəlirin müəyyən hissəsini qızıla yönəltmək məqsədəuyğun hesab olunur. Qızılı uzunmüddətli yatırım vasitəsi kimi seçən şəxslərə külçə və sikkə formasında qızıl almaq tövsiyə edilir. Qızılın qiymətindəki dəyişikliklərdən faydalanmaq istəyən investorlar isə bu qiymətli metalın dəyərinə bağlı olan səhmlərə də yatırım edə bilərlər”.

Mütəxəssisin fikirincə, qızılı gələcəkdə alqı-satqı ideası ilə alan şəxlər müəyyən riskləri gözə almalıdırlar:

“Qızılın zinyət əşyası kimi alınması investisiya deyil, sonradan ciddi maaliyyə itkisinə səbəb ola bilər. Zinyət əşyası kimi gələcəyə yatırım etmək istəyənlər bilməldir ki, onun dəbi dəyişə, alıcının zövqünə uymaya bilər bu da satıcını müəyyən güzəşlər edərək satmağa məcbur edə bilər”.

Həmsöhbətimiz qızılın üstünlüyünüdə vurğulayıb:

“Qızıl bizə faiz gətirmir. Həmçinin qızılın faydası onun qiymətinin artması ilə də bağlıdır. Buda dünya birjasında formalaşır. Lakin bəzi riskli məsələləri də bilmək lazımdır”.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *