XeberPlus

Ən son xəbərlər

Dünya

ABŞ-da hərbi edam canlı yayımlanacaq: Tarix açıqlandı

ABŞ ordusu 2009-cu ildə Fort Hud hərbi bazasında silahlı hücum törətməkdə təqsirli bilinən Nidal Malik Həsənin edam tarixini açıqlayıb.

XeberPlus.com xarici mediaya istinadla bildirir ki, edam Texas ştatında yerləşən Fort Hud hərbi bazasında həyata keçiriləcək.

ABŞ-ın müdafiə naziri Pit Heqset edamın ictimaiyyətə açıq olmasını istədiyini bildirib. Pentaqon rəsmisinin açıqlamasına görə, prosesin canlı yayımlanması nəzərdə tutulur.

Edamın dekabrın 3-də güllələnmə yolu ilə həyata keçirilməsi planlaşdırılır.

Bu qərar ölüm cəzasının tətbiqi və edam prosesinin ictimaiyyətə nümayiş etdirilməsi ilə bağlı müzakirələrə səbəb olub.

Qeyd edək ki, ABŞ ordusunda psixiatr işləyən Nidal Malik Həsən 2009-cu il noyabrın 5-də Fort Hud hərbi bazasında silahlı hücum törədib. Hadisə nəticəsində 13 nəfər həyatını itirib, 32 nəfər yaralanıb. Həsən 2013-cü ildə hücuma görə ölüm cəzasına məhkum edilib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *