OpenAI-ın baş elmi işçisi Jakub Pachocki süni intellektin sürətli inkişafının gözlənilməz nəticələr yarada biləcəyini bildirib.
XeberPlus.com bildir ki, O, getdikcə daha güclü süni intellekt sistemlərinin ortaya çıxdığını deyərək xəbərdarlıq edib ki, insanlar bu dəyişimin miqyasına hələ hazır deyil.
Pachocki bildirib ki, əsas məqsəd süni intellektin insan nəzarətindən çıxmamasını və təhlükəsiz şəkildə inkişaf etməsini təmin etməkdir.
Şirkət daha əvvəl bəzi süni intellekt agentlərinin müstəqil hərəkət etməsi ilə bağlı təhlükəsizlik narahatlıqlarını da gündəmə gətirmişdi.
Ekspertlər hesab edir ki, süni intellekt inkişaf etdikcə texnologiyanın imkanları ilə yanaşı, ona nəzarət məsələsi də daha böyük əhəmiyyət qazanacaq.
Açıqlama OpenAI-ın yeni GPT-6 Astra modelini təqdim etməsindən bir neçə gün sonra yayılıb.







