Narıncı rəngi və fərqli dadı ilə seçilən tərəvəzlərdən biri də kökdür. Kök yeməkləri bəzəyən tərəvəz olmaqla yanaşı dietaloqlar tərəfindən qida rasionunda da tez-tez istifadə edilən proteindir. Bütün tətəvəzlərin özünəməxsus üstünlükləri olduğu kimi kökündə faydaları saymaqla bitməz.
XeberPlus.com kökün faydaları haqqında etdiyi araşdırmanı təqdim edir :
Kök A vitaminilə zəngin tərəvəzdir. Bu qida gözə olduqca xeyirlidir. Orqanizm beta-karotenlə zəngin olan qidanı A vitamininə çevirir. Lakin kök yemək görmə qabiliyyətini şəkildə yaxşılaşdırmır əsas faydası A vitamini ehtiyacının qarşılanmasıdır. Həmçinin, kök bağırsaq sağlamlığı üçün də əhəmiyyətli rol oynayır. Müntəzəm qəbul etmək bağırsaqların sağlam qalmasına kömək edir.
Kökün tərkibində kalium da var. Kalium orqanizmdə normal qan təzyiqinin qorunmasına kömək edir, ürək-damar sistemi üçün çox vacib mineraldır. Kökün dəriyə xeyir etməsi də onun mühim xüsusiyyətlərindən biridir. Bundan əlavə kökü çiy formada yeməklə yanaşı bişmiş haldada yemək olduqca faydalıdır.







