Nəhəng ərazisi ilə dünyanın ən böyük ölkələrindən biri olan Rusiya məşhur tikliləri və maraqlı yerlərilə diqqələri çəkir. Sakit təbiəti, rəngarəng mənzərələri və fərqli coğrafi xüsusiyyətləri Rusiyanı səyahət həvəskarları üçün maraqlı istiqamətlərdən birinə çevirir.
XeberPlus.com Rusiyada görülməli yerləri təqdim edir:
1. Qızıl Meydan

Moskvanın ürəyi sayılan Qızıl Meydan Rusiyanın ən tanınan simvollarındandır. Burada Kreml, Müqəddəs Vasili kilsəsi və Dövlət Tarix Muzeyi kimi məşhur məkanlar yerləşir. Əsrlərin tarixini özündə birləşdirən Kreml və Qızıl Meydan UNESCO-nun Dünya İrsi siyahısındadır.
2. Ermitaj Muzeyi

İncəsənət və tarix həvəskarları üçün Sankt-Peterburqdakı Ermitaj xüsusi dayanacaqdır. Möhtəşəm saray interyeri ilə yanaşı, muzeyin kolleksiyaları da buranı şəhərin ən diqqətçəkən məkanlarından birinə çevirir.
3. Peterhof Sarayı

Sarayları, nəhəng parkları və fəvvarələri ilə Peterhof sanki nağıllardan çıxmış bir məkandır. Kompleks I Pyotrun yay iqamətgahı kimi yaradılıb və bu gün Sankt-Peterburq ətrafının ən məşhur turizm məkanlarından biri hesab olunur.
4. Suzdal

Rusiyanın qədim şəhərlərinin ab-havasını hiss etmək istəyənlər üçün Suzdal tam fərqli təəssürat yaradır. Şəhərdə qədim kilsələr, monastırlar, Suzdal Kremli və taxta memarlıq nümunələri qorunub saxlanılıb. Buna görə Suzdalı bəzən “açıq səma altında muzey” adlandırırlar.
5. Kazan Kremli

Kazan Kremli Rusiyada müxtəlif mədəniyyətlərin izlərini bir arada görmək üçün maraqlı yerlərdən biridir. Kompleksdə həm müsəlman, həm də pravoslav memarlığının nümunələrinə rast gəlinir. Xüsusilə Kul-Şərif məscidi Kazanın ən diqqətçəkən simvollarındandır.







