XeberPlus

Ən son xəbərlər

Dünya

Məkkədə bomba həyəcanı son anda qarşısı alındı

Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən Məscidül-Həramda təhlükəsizlik hadisəsi baş verib.

XeberPlus.com xəbər verir ki, Kəbənin yerləşdiyi müqəddəs məkanda ibadət edən insanların olduğu vaxt təhlükəsizlik qüvvələri şübhəli şəxsi saxlayıb.

Məlumata görə, üzərində partlayıcı qurğu olduğu ehtimal edilən şəxsə qarşı təhlükəsizlik əməkdaşları müdaxilə edib. Hadisədən sonra əraziyə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub və yoxlamalar aparılıb.

İlkin məlumatlara əsasən, hadisə zamanı xəsarət alan şəxslər barədə məlumat verilməyib. Saxlanılan şəxslə bağlı araşdırma başladılıb.

Səudiyyə Ərəbistanı rəsmiləri təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və Məscidül-Həram ətrafında nəzarətin davam etdiyini bildiriblər.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *