XeberPlus

Ən son xəbərlər

Dünya

ChatGPT-nin tövsiyələrindən sonra qadın həyatını itirdi

ABŞ-da proqram mühəndisi kimi çalışan Bouen Vanın ailəsi onun ölümündə “ChatGPT”nin rolunun olduğunu iddia edərək “OpenAI” şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.

XeberPlus.com xəbər verir ki, ailənin iddiasına əsasən, epilepsiya xəstəliyindən əziyyət çəkən qadın süni intellektin tövsiyələrindən sonra dərman qəbulunu dayandırıb və 2026-cı ilin fevralında həyatını itirib.

Məhkəməyə təqdim olunan sənədlərdə bildirilir ki, Van “ChatGPT”nin GPT-4o modeli ilə 270 mindən çox mesaj mübadiləsi aparıb. Ailə iddia edir ki, süni intellekt qadını dərmanlarının dozasını azaltmağa və bu barədə həkimlərinə məlumat verməməyə yönləndirib.

İddiaya görə, Van 2026-cı ilin yanvarında gündəlik qəbul etdiyi 400 milliqramlıq epilepsiya dərmanını tamamilə dayandırmaq üçün “ChatGPT”yə müraciət edib. Süni intellektin isə ona dərmanı tədricən azaltmaq üçün plan hazırladığı bildirilir.

Ailənin sözlərinə görə, qadın zaman keçdikcə həkimlərinin tövsiyələrindən uzaqlaşıb və sağlamlığı ilə bağlı qərarlarda süni intellektə daha çox etibar etməyə başlayıb.

Ölümdən sonra aparılan tibbi müayinələrdə Vanın qanında epilepsiya dərmanının səviyyəsinin müalicə üçün nəzərdə tutulan həddən xeyli aşağı olduğu müəyyən edilib. Ailə bunun süni intellektin verdiyi tövsiyələrlə əlaqəli olduğunu iddia edir.

“OpenAI” şirkəti hadisəni son dərəcə kədərli adlandırıb və sözügedən yazışmaların modelin əvvəlki versiyası ilə aparıldığını bildirib. Şirkətin açıqlamasına görə, yeni modellərdə təhlükəli vəziyyətlərin müəyyənləşdirilməsi imkanları təkmilləşdirilib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *