XeberPlus

Ən son xəbərlər

Texnologiya

iPhone Air 2-dən iki böyük yenilik gözlənilir

“Apple” şirkətinin üzərində çalışdığı iddia edilən “iPhone Air 2” modeli haqqında yeni məlumatlar yayılıb. Sızdırılan məlumatlara görə, yeni smartfon daha böyük batareya və iki arxa kamera ilə təqdim oluna bilər.

XeberPlus.com xəbər verir ki, şirkətin yeni modeldə əvvəlki “iPhone Air” istifadəçilərinin narazılığına səbəb olan bəzi çatışmazlıqları aradan qaldıracağı gözlənilir.

Məlumata əsasən, “iPhone Air 2” modeli 3500 milliamper-saat tutumlu batareya ilə təchiz edilə bilər. İlk “iPhone Air” modelində bu göstərici 3149 milliamper-saat təşkil edir. Beləliklə, yeni modelin batareya tutumunun təxminən 11 faiz artırılması gözlənilir.

Bununla yanaşı, smartfonda daha az enerji sərf edən yeni prosessorun istifadə olunacağı bildirilir. Bu dəyişikliklərin cihazın enerji sərfiyyatını azaltması və batareyanın işləmə müddətini artırması nəzərdə tutulur.

Digər mühüm yenilik isə kamera sistemi ilə bağlıdır. İlk “iPhone Air” modelində 48 meqapiksellik tək arxa kamera olduğu halda, yeni versiyada ona ultra genişbucaqlı ikinci kameranın əlavə ediləcəyi iddia olunur.

Sızdırılan məlumatlara görə, “Apple” yeni “iPhone Air 2” modelini 2027-ci ilin yazında “iPhone 18” və “iPhone 18e” ilə birlikdə təqdim edə bilər.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *