XeberPlus

Ən son xəbərlər

İdman

İdmanın sağlamlığımız üçün əhəmiyyəti

İdman etmək orqanizm üçün çox faydalıdır. Fiziki aktivliklə məşğul olmaq həm orqanizmi qoruyur, həm də sağlamlıq baxımından xeyir edir. Müntəzəm fiziki aktivlik bədəni gücləndirir, əhval-ruhiyyəni yaxşılaşdırır və orqanizmin bir çox xəstəliyə qarşı müqavimətini artırır. Hərəkətli həyat tərzi həm fiziki sağlamlığın qorunmasına, həm də gün ərzində özünü daha gümrah hiss etməyə kömək edir.

XeberPlus.com idmanının orqanizm üçün faydalarını təqdim edir:

İdman ürək üçün çox xeyirlidir. Ürəyi gücləndirir, qan dövranını yaxşılaşdırır, qan təzyiqini və xolesterini tənzimləyir. Fiziki aktivlik ürək əzələsini gücləndirir, qan dövranını yaxşılaşdırır və yüksək qan təzyiqi riskinin azalmasına töhfə verir. Gəzinti, üzgüçülük və velosiped sürmək kimi fəaliyyətlər ürəyin daha səmərəli işləməsinə kömək edir.

Əzələlərin sağlam qalmasına kömək edir. Əzələ kütləsini artırır, sümükləri möhkəmləndirir və oynaqlardakı yükü azaldır. İmmumitetə xeyir edərək, enerjini yüksəldir. Bədənin dözümlülüyünü artırır, canlılıq verir və immunitet sistemini dəstəkləyir.

İdman kalori yandırmağa kömək edir, artıq çəkinin və piylənmənin qarşısını alır. Həmçinin rahat yuxu üçündə əlverişlidir.

Beyində endorfin və dopamin kimi xoşbəxtlik hormonlarının ifrazını artırır, kortizol (stress hormonu) səviyyəsini aşağı salır. Narahatlıq, gərginlik və depressiya riskini azaldır. Maddələr mübadiləsini sürətləndirir və insulin həssaslığını artıraraq tip 2 diabet riskini azaldır.

İdmanın sağlamlıq üçün faydası saymaqla bitmir. Müntəzəm idmanla məşğul olmaq ürəyin sağlamlığını qorumaq və orqanizmin ümumi vəziyyətini yaxşılaşdırmaq üçün vacibdir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *