Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulacaq.
Turun bağlanış oyunu Sumqayıtda yerli komanda ilə “Qarabağ” arasında olacaq. “SOCAR Polymer Arena”da keçiriləcək oyun saat 20:15-də start götürəcək.
Qeyd edək ki, turun əvvəlki matçlarında “Qəbələ” “Şamaxı” ilə qolsuz heç-heçə edib, “İmişli” “Şəfa”ya, “Kəpəz” “Turan Tovuz”a, “Zirə” isə “Neftçi”yə 1:0 hesabı ilə qalib gəlib./Sumqayit24.az/







