Çinin Şanxay şəhərində keçirilən 2026-cı il “WorldSkills” yarışmasının açılış mərasimində qeyri-adi səhnə nümayiş etdirilib. İnsanabənzər robotlar peşəkar rəqqaslarla birlikdə rəqs edərək tamaşaçıların diqqətini çəkiblər.
XeberPlus.com xəbər verir ki, “Gələcəyin işığı” adlı şouda 20 robot və 120 rəqqas eyni səhnəni bölüşüb.
Hər birinin boyu 1,8 metr, çəkisi isə 80 kiloqram olan robotlar küçə rəqsləri və vals ifa ediblər. Onlar insanlarla eyni ritmdə hərəkət edib, hətta rəqs zamanı tərəfdaşlarını qucaqlayıblar.
Nümayiş robot texnologiyalarının inkişafını və gələcəkdə insanlarla birgə fəaliyyət imkanlarını göstərmək məqsədi daşıyıb.








