İsraildə keçirilən parlament seçkilərində qeyri-adi görüntülər qeydə alınıb. İsrail vətəndaşı olan bir qrup fələstinli seçici səsvermə məntəqələrinə dəvə, at və eşşəklərlə gedib.
XeberPlus.com xəbər verir ki, hadisə xüsusilə ölkənin Negev bölgəsində diqqət çəkib. Seçicilərin heyvanların üzərində səsverməyə getməsi maraqlı görüntülərə səbəb olub.
İsrail parlamenti olan Knessetin 120 üzvünün müəyyənləşdirildiyi seçkilərdə təxminən 7,3 milyon vətəndaşın səsvermə hüququ olduğu bildirilir.
Məlumata görə, xüsusilə ərəb seçicilərin fəallığı yüksək olub. İsrail Mərkəzi Seçki Komissiyasının açıqladığı rəqəmlərə əsasən, yerli vaxtla saat 14:00-a qədər ölkə üzrə seçici fəallığı 44,9 faizə çatıb.








