Mahnı Müsabiqəsində tətbiq olunan bəzi qaydalar dəyişdirilib. Yeni tənzimləməyə əsasən, müsabiqədə qalib gələn ölkənin növbəti il yarışmaya ev sahibliyi etməsi ilə bağlı indiyədək tətbiq olunmayan meyarı müəyyənləşdirilib.
“The New York Times”-ın yaydığı məlumata görə, yeni qaydaya əsasən, müsabiqədə qalib gələn ölkə müharibə vəziyyətində olarsa, növbəti Eurovision-a ev sahibliyi edə bilməyəcək. Lakin yeni tənzimləmə yalnız açıq müharibə vəziyyəti ilə məhdudlaşmır.
Qaydalar çərçivəsində bir ölkənin və ya onun yaxın ətrafının təhlükəsizliyinə, əmin-amanlığına və ya sabitliyinə təsir edən “həssas geosiyasi vəziyyətin” mövcud olması da həmin ölkənin müsabiqəyə ev sahibliyi etmək hüququnu itirməsinə səbəb ola bilər.
Beləliklə, Eurovision tarixində ev sahibliyi edəcək ölkənin müəyyənləşdirilməsində yalnız müsabiqənin nəticəsi deyil, regiondakı təhlükəsizlik və siyasi vəziyyət də birbaşa həlledici amilə çevriləcək.
Avropa Yayım Birliyi (EBU) zəruri hesab etdiyi halda, müsabiqədə qalib gələn ölkənin yerləşdiyi region üzrə müstəqil təhlükəsizlik qiymətləndirməsi apara bilər.
Mənbə: Milliyet.com







