XeberPlus

Ən son xəbərlər

Dünya

ABŞ-ın borcu 40 trilyon dolları keçdi

ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə 40 trilyon dolları ötüb.

ABŞ Maliyyə Nazirliyinin açıqladığı son məlumatlara görə, dövlət xərcinin həcmi 32 trilyon 266 milyard dollar, hökumətdaxili borc isə 7 trilyon 782 milyard dollar təşkil edib. Bununla da ölkənin ümumi dövlət borcu 40 trilyon 47 milyard dollara yüksəlib.

Bildirilib ki, davamlı büdcə kəsirləri, pandemiya dövründə artan xərclər, vergi güzəştləri və hərbi xərclərin yüksəlməsi dövlət borcunun bir neçə ay əvvəl 40 trilyon dollar həddini keçməsinə səbəb olub.

Nazirliyin aylıq hesabatına görə, 2025-ci ilin oktyabrın 1-də başlayan, 2026-cı ilin ilk 9 ayında ABŞ hökumətinin büdcə kəsiri 1 trilyon 367 milyard dollar təşkil edib.

Qeyd edək ki, ABŞ-ın dövlət borcu 2022-ci ilin yanvarında 30 trilyon dolları, 2026-cı ilin martında isə 39 trilyon dolları keçib.

Mənbə: Dha Ajans

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *