XeberPlus

Ən son xəbərlər

İdman

Dünya çempionatlnda Azərbaycan 1/4 finalı – Yenilənir

Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

QOL.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən çempionatda bu gün fərdi yarışlar başa çatacaq.

Mundialın 7-ci günündə Azərbaycanın 4 təmsilçisi mübarizəyə qoşulub.

Kişilər

+100 kq çəki 

Camal Qamzatxanov Fransisko Solislə (Çili) üz-üzə gəlib və qələbə qazanaraq 1/8 finalda yarışmaq hüququ qazanıb. O, bu mərhələdə isə Muzaffarbek Turoboyevə (Türkmənistan) məğlub edərək 1/4 finala çıxıb.

Uşanqi Kokauri əvvəlcə 1/16 finalda Emirxan Joldoşkazıyevə (Qırğızıstan), 1/8 finalda isə Jakub Sordylə qalib gəlib və 1/4 finala çıxıb. O, 1/4 finalda digər Azərbaycan cüdoçusu Kamran Nəsibovla qarşılaşacaq.

Kənan Nəsibov 1/16 finalda Losseni Koneni (Almaniya) 1/8 finalda isə Yakiv Khammoya qalib gəlib.

Qadınlar

+78 kq çəki 

Mədinə Kaysinova Asya Tavanoya (İtaliya) uduzaraq mübarizəni başa vurub.

Hazırda Azərbaycan millisinin aktivində 5 medal (1 qızıl, 1 gümüş, 3 bürünc) var. Bu, ölkəmizin cüdo tarixində dünya çempionatlarında rekord göstəricidir.

Sabah çempionatda komanda yarışları təşkil olunacaq.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *