XeberPlus

Ən son xəbərlər

İdman

“Qaradağ-Lökbatan” ləğv olunur

“Qaradağ-Lökbatan” Peşəkar Futbol MMC ləğv olunduğunu elan edib.

XeberPlus.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124, mənzil 21 ünvanına bildirə bilərlər.

“Qaradağ-Lökbatan” Peşəkar Futbol Klubu 2024-cü ildə yaradılıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 8, mənzil 24, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Bəbir Dilsuz oğlu Həsənovdur

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *